Hazırda koronavirus xəstələrinin müalicəsinə imkan verən reanimasıyalardakı ümumi 186 yerdən 154-ü dolub. Bizim cəmi 32 boş yerimiz qalıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Feysbuk hesabında bildirib.
O bildirib ki, koronavirusa yoluxanlar içərisində 230 ağır, 52 nəfər həddən artıq ağır xəstə var.
Qeyd edək ki, Ermənistan koronavirusa yoluxmaya görə Qafqaz ölkələri arasında liderliyə yüksəlib. Yalnız bu gün rekord həddə - 452 nəfər koronavirusa yoluxub. daha 6 nəfər ölüb.
Ermənistanda ümumilikdə yoluxanların sayı 7113, ölənlərin sayı isə 81-dir.