ABŞ-ın etirazların səngimədiyi Minnesota ştatında komendant saatı uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ştatın qubernatoru Tim Uolts Tvitterdə yazıb.
O bildirib ki, məhdudlaşdırıcı tədbirlər ştat ərazisində bazar günü ABŞ vaxtı ilə 20:00-dan bazar ertəsi səhər saat 06:00-dək davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Minnesotada komendant saatı şənbə günü tətbiq edilib. Afroamerikalı Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsindən sonra Minnesotada və ABŞ-ın digər əyalətlərində kütləvi iğtişaşlar başlayıb.