ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan kütləvi etiraz aksiyaları Kanadaya sıçrayıb.
Teleqraf.com xəbər verir ki, ölkənin bir sıra şəhərlərini əhatə edən aksiyalarda irqçi ayrı-seçkiliyə etiraz edilib.
Kvebek ştatının Monreal şəhərindəki aksiyalarda etirazçılarla polis arasında qarşıdurma baş verib.
Etirazçılar polis hücumlarının qarşısını almaq üçün şəhərdə canlı barrikada qurublar.