Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 585 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 786 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 165 555 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 974 nəfər olmaqla 129 921 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 32 325 test aparılıb.