Prezident Donald Tramp Amerika dəniz xərçəngi (istakoz) üzərindəki gömrük vergisini azaltmadığı təqdirdə Avropa İttifaqına (Aİ) və Çinə daha yüksək vergi tətbiq edəcəyini deyib.
Teleqraf.com xəbər verir ki, Tramp Men əyalətinə səfəri zamanı dəyirmi masada dəniz məhsulları sənayesi rəhbərləri ilə görüşüb.
Aİ-nın Amerika xərçənginə tətbiq etdiyi gömrük vergisinə reaksiya göstərən Tramp bildirib ki, Aİ bu vergiləri azaltmazsa, vəziyyəti bərabərləşdirmək üçün İttifaqdan gələn avtomobillərə gömrük vergisi tətbiq ediləcək.
O, anoloji qərarın Çin məhsullarına da aid edliəcəyini bildirib.