Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından deputatı Qevork Petrosyan Baş Nazir Nikol Paşinyandan koronavirus testinin nəticələrini yaymağı tələb edib.
Teleqraf.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Petrosyan baş nazirin 24 saat ərzində COVID-19-a yoluxduğunu təsdiq edən tibbi arayışı yaymasını istəyib.
“Hər şey qarışıb. Baş nazir xəstədir, koronavirusa yoluxub. Ermənistan vətəndaşı olaraq seçdiyim baş nazirin 24 saat ərzində koronavirusa yoluxduğunu təsdiq edən tibbi arayışı yaymasını tələb edirəm. Kimsə bunun şəxsi məlumat olduğunu söyləməsin, ona görə ki, yoluxduğu barədə məlumatı Paşinyan özü yayıb”, - deyə o qeyd edib.
Xatırladaq ki, iyunun 1-də Paşinyan və ailə üzvlərinin koronavirusa yoluxduğunu açıqlanmışdı.