Ermənistanın Baş qərargah rəisi Artak Davtyan istefa verib.
Qeyd edək ki, Ermənistanda koronavirusla bağlı komendant saatının tətbiqinə baxmayaraq bu yaxınlarda A.Davtyanın oğlunun təmtəraqlı toy mərasimi keçirilib.
Toy mərasimi Baqrevanddakı iqamətgahda baş tutub. Mərasimdə bir sıra vəzifəli şəxslər iştirak edib.
Toyla bağlı məlumatı təsdiqləməyən A.Davtyan insanları, mətbuatı onun şəxsi həyatına müdaxilə etməməyə və onu siyasi oyunlara çəkməməyə çağırıb.
Bu gün Ermənistanın Milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan da istefa verib./Trend/