Rusiyanın nüvə bombası daşıya bilən dörd döyüş təyyarəsi ABŞ qırıcıları tərəfindən dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Nazirliyin rəsmi açıqlamasına görə, Amerika təyyarələri ABŞ sahillərinə yaxınlaşan qırıcı təyyarələri beynəlxalq sularda əngəlləyib.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, 11 saat uçuş həyata keçirən “Tupolev TU-95MS” bombardmançı təyyarəsi “F-22 Raptors” tərəfindən dayandırılıb.