13 İyun 2020 08:05
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti avropalı turistlər üçün sərhədlərini açmaq qərarına gəlib. Beləliklə, Avropa ölkələrinin vətəndaşları artıq iyun ayının 15-dən Fransaya səfər edə bilərlər.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Xarici və Daxili işlər nazirliklərinin kommünikelərində xəbər verilib.

"15 iyun saat 00:00-dan bütün daxili yerüstü, hava və dəniz sərhədlərinin kəsişmələrində məhdudiyyətlər qaldırılır", - kommünikedə deyilir.

Sədnəddə qeyd edilir ki, qərar epidemioloji vəziyyəti və Avrokomissiyanın tövsiyələrini nəzərə alaraq qəbul edilib.


Müəllif: Teleqraf.com