Fransa paytaxtı Parisdə səhiyyə işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə əməkhaqlarının aşağı olmasına, xəstəxanalarda tibbi çatışmazlığa qarşı etiraz aksiyaları təşkil edilib.
Teleqraf.com xəbər verir ki, sosial mediada yayılan videolarda polisin aksiyaya sərt müdaxilə etdiyi, gözyaşardıcı qazdan istifadə etməklə aksiyanı dağıtdığı aydın görünür.
Məlumata görə, aksiya icazəsiz olub. Görüntülərdən bəlli olur ki, mitinqçilər qırmızı rəngli avtomobildən polisə qarşı barrikada qururlar.