“Son aylarda Ukrayna xalqı öz seçimini müdafiə etmək üçün əlinə silah götürmək məcburiyyətində qaldı”.
Axar.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Aleksandr Moçik söyləyib.
O, müəyyən şərtlər çərçivəsində Rusiya ilə yenidən münasibətlərin bərpa olunacağının mümkünlüyünü bildirdi:
“Rusiya muzdlu əsgərlərinin Ukraynaya gətirilməsindən sonra ölkəmizdə münaqişənin başlandığına heç bir şübhə yoxdur. Sonuncu xarici təcavüzkar torpağımızı tərk edən kimi tezliklə ölkəmizdə sülh bərqərar olacaq və dövlətimizin ərazi bütövlüyü bərpa olunacaq. Biz Rusiya ilə münasibətləri yenidən qaydaya salmağa hazırıq. Bizim şərtlərimiz isə aydındır: Beynəlxalq qanuna hörmət etmək, Ukraynanın ərazi bütövlüyünün bərpası və suverenliyinə hörmətlə yanaşmaq”.