22 İyun 2020 10:15
7 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rossiya 1” telekanalında yayımlanan “Moskva. Putin. Kreml” verilişində Prezident Vladimir Putin Sovet İttifaqının yaranması zamanı onun üzvü olan respublikaların bir çoxunun “Rusiyadan torpaq aldığını” deyib.

Teleqraf.com xəbər verir ki, Putin çıxışında hələ də həmin “tarixi rus torpaqları”nın bu respublikaların tərkibində olduğunu bildirib.

Rusiya prezidentinin fikrincə, bu respublikaların hər biri SSRİ-ni tərk edərkən, Rusiya xalqından hədiyyələr aparmamalı və çıxdığı ilə getməli idi.

Putin hansı respublikaları və hansı torpaqları nəzərdə tutduğunu söyləməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər