Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,1 milyon nəfəri keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 135 mindən çox yoluxma aşkar edilib.
Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 4 187 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 473 797 təşkil edir.
Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 9 129 146 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.