ABŞ-da 4 yaşlı uşaq bağçaya 249 doza heroin gətirib.
İnsident Selbivil şəhərində məktəbəqədər təhsil müəssisəsində baş verib.
Körpələrdən biri çantasında ağ rəngli tozla dolu paketlər aşkarlayıb və onların şirniyyat olduğunu sanaraq dostları ilə bölüşməyə başlayıb. Lakin uşaqlar paketləri açaraq narkotik maddədən dadmağa macal tapmayıblar.
Məlumatda körpənin anasına qarşı narkotik maddələrin saxlanılması və azyaşlı uşaqların səhhətinə təhlükə yaratmaq kimi ittihamlar irəli sürülüb./apa/