“Türkiyənin Liviyadakı mövqeləri kifayət qədər zəifdir, Misir qarşısında heç bir şansı yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanda fəaliyyət göstərən Militaire.gr saytında dərc olunan məqalədə bildirilib.
Məlumatda Türkiyənin Liviya məsələsində oyun oynadığı, iddia etiyi qədər hərbi gücünün olmadığı iddia edilib: “Türkiyə Haftar qüvvələrini Sirtədən uzaqlaşdırmaq istədiyini bildirir, amma reallıq budur ki, Türkiyənin bu savaşa girəcək qədər gücü yoxdur. Türkiyə Misirlə savaşda məğlub olmağa məhkumdur”.
Türk mediası yunan mətbuatının bu iddialarını “təxribat” adlandırıb və Yunanıstan hökumətini Misirlə birlikdə qiyamçı Haftar ordusuna dəstək verməkdə ittiham edib.