29 İyun 2020 00:59
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Rio-de-Janeyro şəhərində axşam şənliyi zamanı odlu silahdan açılan atəş nəticəsində azı 4 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə iyunun 28-nə keçən gecə meqapolisin şimalında baş verib.

Koronavirus epidemiyası ilə əlaqədar kütləvi tədbirlərə qoyulan qadağaya baxmayaraq, yerli sakinlər ənənəvi iyun bayramını qeyd etməyə toplaşmışdılar. Şahidlərin sözlərinə görə, gecə yarısından sonra şənlik yerinə yaxınlaşan avtomobildən insanlara atəş açılıb.

Polis idarəsindən bildiriblər ki, təcili yardım xəstəxanasına çatdırılan yaralılardan dördünün həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı təhqiqat başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər