ABŞ Prezidenti Donald Trampın fikrincə, Amerika tərəfi Moskvanın xarici siyasətdə ABŞ-ın keçmiş prezidenti Barak Obamaya qalib gəlməsi səbəbindən Rusiyanın “G8”dən çıxarılmasında təkid edib.
Teleqraf.com xəbər verir ki, Donald Tramp bu haqda Tvitterdə paylaşım edib.
“Rusiya onlar - ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Prezident Barak Obama üzərində təmiz qələbə qazandı. Onlar hakimiyyətdə olduqları zaman elə güclü şəkildə məğlub oldular ki, Obama Rusiyanı “G8”dən çıxarmaq istədi”.
Onun sözlərinə görə, əvvəlki Amerika Administrasiyası hər şeydə, xüsusilə Rusiya məsələsində zəif idi.
“Heç kim Rusiya ilə Tramp Administrasiyasından daha sərt davranmayıb”, – deyə o əlavə edib.
İyunun 3-də Donald Tramp “Fox News Radio”ya verdiyi müsahibə zamanı Rusiyanın “G7”də iştirakını nə üçün lazımlı hesab etdiyini izah etmişdi.