29 İyun 2020 14:27
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2020-ci ilin sonuna qədər Rusiya rublu bir dollar üçün 60-62 rubl səviyyəsində möhkəmlənə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu “Sberbank”ın baş direktoru German Qref TASS-a müsahibəsində bildirib.

“Milli valyutamız neftin qiyməti ilə sıx bağlıdır və proqnozlaşdırmaq çətindir. Mən köhnə və təcrübəli analitiklərdən biri olan Henri Qroubeyə güvənirəm. O, ilin sonuna qədər neftin 60-62 dollar olacağını deyir”, - Qref qeyd edib.

Bununla yanaşı, o qeyd etdi ki, bu günə qədər olan meyllər belədir, lakin koronavirusla bağlı vəziyyətin necə inkişaf edəcəyini heç kim bilmir: “İkinci dalğa baş verərsə, rubl dalğalanmağa başlaya bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər