“ABŞ Müdafiə Nazirliyində (Pentaqon) Rusiyanın Talibana Əfqanıstandakı amerikalıları pul qarşılığında öldürməsini təklif etdiyi barədə xəbərləri təsdiqləyəcək bir məlumat yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper söyləyib.
Nazir həmçinin qeyd edib ki, Pentaqon ABŞ hərbçilərinə qarşı potensial təhdidlərə ən ciddi şəkildə diqqət yetirir.
Bundan “Nyu-York Tayms” qəzeti adı açıqlanmayan Amerika rəsmilərinə istinadən Rusiya hərbi kəşfiyyatının Əfqanıstandakı ABŞ qoşunlarına hücumlarına görə, Talibana mükafat təklif etdiyinin iddia olunduğu məqalə dərc etmişdi. Nəşr Prezident Trampın bu kəşfiyyat məlumatlarını 2020-ci ilin martında əldə etdiyini yazıb. ABŞ prezidenti bunu təkzib edib.
Əfqanıstandakı ABŞ ordusuna edilən hücumlara görə Talibana pul ödənildiyi iddia edilən məlumat Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəfindən də rədd olunub.