1 İyul 2020 15:45
2 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ hökuməti İrana nüvə silahı əldə etməyə icazə verməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə xüsusi işçi qrupunun rəhbəri Brayan Huk deyib.

“ABŞ Prezidenti Donald Trampın da dəfələrlə bildirdiyi kimi, İran nüvə silahına yiyələnməməlidir. Məhz buna görə də bir daha bildiririk ki, İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün hərbi seçim həmişə masa üzərindədir. Bəli, müxtəlif variantlar arasında belə bir seçim də var”, - amerikalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, həm ABŞ, həm də İsrail vətəndaşları bilməlidir ki, Prezident Tramp İran rejiminin nüvə silahı istehsal etməsinə heç vaxt imkan verməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər