“Moskva beynəlxalq vasitəçilərin himayəsi altında Fələstin və İsrail arasında birbaşa danışıqlarını dərhal başlamasını zəruri hesab edir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov söyləyib.
“İnanırıq ki, bu gün beynəlxalq ictimaiyyət həmişəkindən daha çox və təcili şəkildə danışıqların yenidən başlamasına şərait yaratmalıdır. Beynəlxalq vasitəçilər və ərəb dövlətlərinin fəal iştirakı ilə birbaşa Fələstin-İsrail danışıqlarının başlaması tələb olunur”, - Lavrov bildirib.