4 İyul 2020 10:24
3 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlində seks işçiləri hökumətin koronavirusa qarşı mübarizə tədbirlərinə etiraz ediblər.

Teleqraf.com xəbər verir ki, onlar fəaliyyətin məhdudlaşdırması səbəbilə qazancsız qaldıqlarını əsas gətirərək paytaxtın mərkəzinə yığışıblar.

Parlamentin yuxarı palatası Bundesratın binası qarşısına toplaşan seks işçiləri "buraxın işləyək", "fahişəxanaları indi açın", "sənayemiz yer altına atılır" yazılan qırmızı çətir və plakatlar daşıyıblar.

Qeyd edək ki, Almaniyada seks işi qanunidir və hökumət tərəfindən tənzimlənir. Ancaq mart ayının ortalarından etibarən koronavirusla mübarizə çərçivəsində seks işləri qadağan edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər