Türk Silahlı Qüvvələri (TSQ) tərəfindən dəstəklənən Suriya Milli Ordusu (SMO) Raqqanın Ayn İsa məntəqəsində olan YPG/PKK terror təşkilatının mövqelərinə artilleriya zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, zərbələrdən sonra bölgədə dumanlar yüksəlib.
Artilleriya zərbəsi nəticəsində terrorçuların canlı itki verib-verməməsi hələlik bilinmir.