7 İyul 2020 10:44
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər yayılan Ebola, SARS, Zika, HİV/AİDS, Qərbi Nil atəşi və yeni növ koronavirus (COVID-19) kimi heyvanlardan insana ötürülən zoonotik xəstəliklər artacaq.

Teleqraf.com xəbər verir ki, bu, BMT-nin Ətraf Mühit Proqramında (UNEP) və Beynəlxalq Heyvandarlıq Tədqiqatları İnstitutunun (ILRI) birgə hazırladığı yeni hesabatda öz əksini tapıb.

Hesabatda bildirilir ki, insanlara yoluxduğu bilinən 1400 mikrobun 60 faizi və yeni yaranan yoluxucu xəstəliklərin 75 faizi heyvanlardan ötürülür. İndi COVID-19 dominant olsa da, inkişaf etməkdə olan ölkələrdə hər il ən azı 2 milyon insan zoonotik xəstəliklər səbəbindən ölür.

UNEP Elmi araşdırmalar şöbəsinin müdiri Maarten Kappelle deyir ki, təbii həyat və insan həyatı arasında tarazlığa nail ola bilməsək, bu yoluxmalar getdikcə artacaq: "İnsanlar virus xəstəliklərinə 1918-1919-cu illərdə qrip epidemiyası (İspan qripi) kimi yanaşır və bu cür xəstəliklərin yalnız yüz ildə bir dəfə baş verdiyini düşünürlər. Amma bu, artıq həqiqət deyil".

UNEP direktoru İnger Andersen isə son yüz ildə koronavirus növlərinin ən azı altı böyük epidemiyaya səbəb olduğunu deyib. Heyvanlardan insanlara ötürülən xəstəliklərin iqtisadi ölçüsünü şərh edən Andersen COVID-19-dan əvvəl son 20 ildə zoonotik xəstəliklərin 100 milyard dollar iqtisadi ziyana səbəb olduğunu bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər