Şimali Koreya ABŞ-la görüşdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlər üzrə səfiri Kvon Yinq Gun bildirib.
Səfir deyib ki, ABŞ-la bir masada oturmaq kimi niyyətimiz yoxdur: “Şimali Koreya ilə ABŞ arasında zirvə görüşü zamansız fikirlərdir”.
O, əlavə edib ki, Cənubi Koreyanın bu məsələdə vasitəçiliyi boşunadır.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yüksək çinli diplomarı Stefan Biequnun bu gün nüvə müzakirələri mövzusunda müzakirələr aparmaq üçün Cənubi Koreyanın paytaxtı Seula gedəcəyi gözlənilir.
Qeyd edək ki, Şimali Koreya ABŞ-ın Pxenyan üzrə xüsusi nümayəndəsi Stefan Biequnun Cənubi Koreya səfəri öncəsi Vaşinqtonla Pxenyan arasında görüş ehtimalını rədd edib.