Belarus Prezidenti Aleksandr Lukaşenko korrupsiyaya qarşı mübarizə prinsipindən əl çəkməyəcəyini və ölkənin bu “uçuruma” yıxılmasına imkan verməyəcəyini söyləyib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı başqa cür istəyənlərin avqustun 9-da keçiriləcək prezident seçkilərində ona səs verməyəcəklərini bildirib.
“Korrupsiya yalnız iqtisadiyyatı deyil, həm cəmiyyəti, həm də həyatımızı pozan bir pasdır. Bu, insanı alçaltmaqdır. Mən Belarusun bu uçuruma yıxılmasını istəmirəm. Kiminsə ofisinə girmək üçün rüşvət verməyə məcbur deyilik”, - Lukaşenko qeyd edib.