8 İyul 2020 08:45
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın cənub-qərbindakı Küsü adasında üç gün yağan leysan yağışlar nəticəsində 60-a yaxın nəfər həlak olub, 16-sı itklin düşmüş sayılır.

Teleqraf.com-un məlumatına görə, bu barədə yerli polis və xilasedicilər xəbər verib.

Bütün ölümlərə səbəb yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələri olub.

Hazırda təhlükə ölkənin əsas adası Xonsüda yerləşən Naqano və Gifu prefekturlarında elan edilib. Bu bölgələrdə yaşayan 54 min sakina təhliyə barədə tövsiyə verilib.

Xilasetmə əməliyyatlarına 20 min harbçi cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər