8 İyul 2020 12:30
4 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada Fayiz Sərrac liderliyində hökumətin keçirdiyi toplantı zamanı türk şirkətlərinin ölkəyə dönüşü və onların görəcəyi işlər müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Liviya baş nazirinin ofisi bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamaya görə, Baş nazir Sərrac Planlaşdırma naziri Tahir Cuheymi, mərkəzi bankın rəsmiləri və əlaqədar qurumların iştirakı ilə bu istiqamətdə müzakirələr aparıb. Fövqəladə hallar səbəbindən dayandırılan layihələrin başa çatdırılması çərçivəsində elektrik və enerji sahəsi başda olmaqla liviyalılara yüksək səviyyəli və sürətli xidmət edəcək yeni layihələrin türk şirkətləri ilə həyata keçirilməsi ətrafında məsələlər diqqətə alınıb. Baş nazir iclasda “xüsusilə yarım qalan layihələrin yenidən başladılaraq tamamlanması, özəl sektorun iştirakı ilə iki ölkə arasında öyrənilən balanslı bir əlaqənin başlanğıcı olacaq” ifadəsini işlədib.

Qeyd edək ki, Liviyanın şərqindəki qiyamçı Haftarın qüvvələri 2019-cu ilin ortalarında paytaxt Tripolini ələ keçirmək üçün başlatdığı hücumlar səbəbindən Tripolinin elektrik şəbəkəsi böyük zərər görüb. Afrikanın ən böyük neft ehtiyatlarına sahib olan Liviyanın böyük şəhərlərində gündə 8 saat elektrik fasiləsi baş verir. Liviya hökuməti elektrik problemlemini həll etmək üçün türk şirkətlərinə yaşıl işıq yandırır.


Müəllif: Cavad

Oxşar xəbərlər