10 İyul 2020 08:05
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şirak əyalətində PKK terror qruplaşmasının daha 5 silahlısı ölkənin təhlükəsizlik orqanlarının əməkdaşlarına təslim olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, terrorçular silahı yerə qoyublar.

Nazirlikdən bildirilib ki, bununla da ilin əvvəlindən silahı yerə qoyaraq könüllü təslim olan PKK terrorçularının sayı 100-ə çatıb.

Qeyd edək ki, PKK terror təşkilatı 1984-cü ildən Türkiyədə qanlı terror aktları həyata keçirir, ölkədə qeyri-sabitlik yaratmağa çalışır.


Müəllif: Teleqraf.com