10 İyul 2020 14:18
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğrular Ankarada 1 dəqiqə ərzində bank soyublar.

Teleqraf.com xəbər verir ki, hadisə Ankaranın Çankaya qəsəbəsində yerləşən bankın şöbəsində baş verib.

Dikmən küçəsində yerləşən özəl bankın xəbər siqnalizasiyası işə düşdükdən sonra polis hadisə yerinə gəlib.

Təhlükəsizlik kameralarını araşdıran mütəxəssislər müəyyən ediblər ki, qara masqalı iki soyğunçu bir kassanı ələ keçirərək bankı tərk ediblər. Görüntülərə görə, soyğunçuların banka daxil olmaları ilə kassanı götürüb avtomobilə yükləmələri 1 dəqiqə çəkib. Onların istifadə etdikləri avtomobilin də Mürsəl Uluc küçəsindən oğurlandığı müəyyən olunub.


Müəllif: Cavad