15 İyul 2020 12:14
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Hessen əyalətinin polis idarəsində irqçi şəbəkənin olmasına dair şübhələr güclənir.

Teleqraf.com xəbər verir ki, nasional sosialist şəbəkəsi işində iştirak edən Seda Başay Yıldız və Sol Partiyanın Hessen məclisinin qrup sədri Janie Visslerin ardınca “Jilet Ayişə” adı ilə tanınan komediyaçı İdil Baydarın da şəxsi bilgilərinin polisə aid kompüterdə araşdırıldığı ortaya çıxıb.

İrqçilərin Başay Yıldız, Vissler və Baydarı ölümlə təhdid etdiyi müəyyən edilib. Hessen polis rəisi Udo Münç olayda ehtimal olunan təqsiri səbəbindən istefa verib. Əyalətin Daxili İşlər naziri Peter Beut Münçin istefasını nəzərə alındığını, amma baş verənlərin qəbuledilməz olduğunu bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər