ABŞ Prezidenti Donald Tramp payız semestrində onlayn dərs alacaq xarici tələbələrin vizalarını ləğv etmək qərarını geri götürüb.
Teleqraf.com xəbər verir ki, Harvard Universiteti və Massaçusest Texnologiya İnstitutu (MIT) qərarın ləğvi üçün federal məhkəməyə müraciət edib.
ABŞ Federal rayon hakimi Allison Burruqs federal immiqrasiya orqanlarının 6 iyul tarixli qərarının geri alındığını və köhnə qaydaların davam etdiriləcyni bildirib.
Beləliklə, xarici tələbələr bütün dərslərini onlayn alsalar da, ölkədə tələbə vizası ilə yaşaya bilərlər.
Qeyd edək ki, ABŞ-da COVID-19 səbəbindən universitetlərdə dərslərin onlayn tədrisinə başlayandan Tramp administrasiyası xarici tələbələrin ölkəni tərk etmələri yönündə qərar vermişdi.