Türkiyə Silahlı Qüvvələrinə məxsus “Bayraktar TB2” Pilotsuz Uçan Aparatları (PUA) Türkiyə-Ermənistan sərhədlərində uçuşlara başlayıb.
Teleqraf.com xəbər verir ki, bu brədə türk mediası məlumat yayıb.
Məlumatda PUA-ların Ermənistanla sərhədlərə dislokasiya edildiyi və ilk uçuşların həyata keçirildiyi bildirilib.
Uçuşların Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı təxribata əl atmasından sonra başladığı da diqqət çəkib.
Təxribatın başlamasından sonra açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək nümayiş etdirmişdi: “Azərbaycana qarşı təcavüzün qarşısında dayanmaq üçün əsla tərəddüd etməyəcəyik”.