“Ölkəni idarə edəcək qabiliyyəti yoxdur, əqli qüsurları var. Çətin duruma düşən kimi darmadağın olur, noyabrın 3-də seçilsə, ölkəni məhv edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp seçkilərdəki rəqibi, keçmiş vitse-prezident Co Bayden haqda deyib.
Tramp Baydenin seçiləcəyi təqdirdə vergiləri üçqat artıracağını iddia edib. Özünü rəqibindən geridə göstərən anketlər üçün isə “saxta” adlandırıb.