20 İyul 2020 14:53
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında çərşənbə axşamı keçiriləcək görüşün əsas mövzusu Tehranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafındakı vəziyyət olacaq.

Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib.

“Əsas mövzu Hərtərəfli Birgə Fəaliyyət Planıdır. Bu, hər şeydən öndə gəlir. Sonra isə, əlbəttə, ikitərəfli əlaqələr və Suriya məsələsi daha aktualdır”, – Kabulov deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Cavad Zərifin çərşənbə axşamı Sergey Lavrovla danışıqlar üçün Moskvaya gedəcəyi ilə bağlı xəbər yaymışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər