23 İyul 2020 11:49
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağdakı minalardan təmizlənməsi proqramı üçün maliyyə yardımı bərpa ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hay-Dat” təşkilatının nümayəndəsi, iqtisadçı Suren Parsyan məlumat verib.

“Hay-Dat”-ın Vaşinqton ofisinin bir illik gərgin əməyi nəticəsində Qarabağdakı minalardan təmizlənmə proqramı üçün maliyyə bərpa olunur. Xatırladım ki, bu, 90-cı illərdən bəri fəaliyyət göstərən, Qarabağa birbaşa yardımın edildiyi müstəsna bir proqramıdır”, - Parsyan bildirib.

ABŞ-dan hələlik məsələ ilə əlaqədar rəsmi açıqlama verilməyib.

Əlavə edək ki, ABŞ hökuməti ötən ilin sonlarında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki terrorçu rejimə birbaşa maliyyə yardımlarını dayandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər