24 İyul 2020 14:46
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

86 ildən sonra İstanbulda Ayasofya məscidində ilk cümə namaz qılınır.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazına qatılmaq üçün Ayasofyaya gəlib.

Prezident meydanda şüarlarla qarşılanıb. Ərdoğanı Rabitə naziri Fəxrəddin Altun müşayiət edib.

O, Ayasofya məscidində cümə namazından əvvəl Quran tilavəti edib.

Namazda iştirak edənlərin koronavirusa yoluxmaması üçün bütün tədbirlər görülüb, məsafə gözlənilir, hamı maska taxıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər