ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək prezident seçkisinin təxirə salınmasını istəyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
Poçt vasitəsilə səsvermənin keçiriləcəyi təqdirdə, bunun ABŞ tarixinin ən xətalı və saxta seçkiləri olacağını iddia edib: “Bu, ABŞ üçün böyük utanc yeri olacaq. İnsanlar etibarlı formada səs verə bilənədək seçkiləri təxirə salın”.