Avropa Birliyi (AB) Komissiyası COVİD-19 pandemiyası səbəbindən təhlükəli olmayan və səyahət etməsi məsləhət bilinən ölkələr siyahısına Türkiyəni daxil etməyib.
Teleqraf.com xəbər verir ki, AB təhlükəsiz ölkələr siyahısında göstərdiyi Avstraliya, Kanada, Yaponiya, Gürcüstan, Yeni Zellandiya, Ruanda, Cənubu Koreya, Tailand, Tunis və Uruqvaya sərhədləri tədricən açacaq.
AB səyahət icazəsi verildiyi təqdirdə vətəndaşların Çinə səfərinə də qarşı çıxmayacaq.
Amma AB bundan əvvəlki siyahıda səyahət məhdudiyyətinin qaldırılması tövsiyə olunan Əlcəzarə sərhədini yenə də qapadacaq.
Türkiyə, ABŞ, Rusiya, Braziliya, Hindistan, Serbiya kimi ölkələrə AB-nin səyahət məhdudiyyəti davam edəcək.