Aylardır fəaliyyəti dayandırılan Rusiya ilə Türkiyə arasında təyyarə uçuşları bərpa olunub.
Teleqraf.com xəbər verir ki, Türk Hava Yollarına məxsus Airbus A321 model sərnişin təyyarəsi dünən gecə saatlarında İstanbuldan Moskvaya uçub.
Sərnişinlər sosial məsafəni saxlamaq və qoruyucu maska taxmaq şərti ilə terminala buraxılıb, daha sonra təyyarənin göyərtəsinə minərək uçuşu həyata keçiriblər.
Qeyd edək ki, iki ölkə arasında təyyarə reysləri 11 maydan dayandırılmışdı.