5 Avqust 2020 08:05
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 78 nəfərə çatıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı xəsarət alanların sayı 4 min nəfərə yaxınlaşır.

02:05

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı azı 70 nəfər həlak olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı Səhiyyə naziri Hamad Hasana istinadən məlumat yayıb.

Məlumata görə, partlayışlar zamanı 3,7 mindən çox insan xəsarət alıb.

00:58

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Səhiyyə naziri Hamad Hasana istinadən məlumat yayıb.

Məlumata görə, partlayışlar zamanı 3,6 min insan xəsarət alıb.

00:12

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin 50 nəfərə çatıb. 2,5 mindən artıq insan xəsarət alıb.

Baş nazir Həsən Diyab partlayışda məsul olanlardan hesab soruşulacağını bildirib.

"Bu gün Livandakı fəlakətdən cavabdeh olanlardan hesab soruşulacaq", - H.Diyab qeyd edib.

22:30

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 30 nəfər ölüb, 2 mindən artıq insan xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

22:21

Güclü partlayışın baş verdiyi Livanın paytaxtı Beyrutun xəstəxanaları yaralılarla dolub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, xəstəxanalarda yerlərin çatışmazlığı səbəbindən yaralılar Beyrut ətrafındakı tibb müəssisələrinə göndərilirlər.

Qeyd edək ki, bir qədər əvvəl Beyrutda güclü partlayış olub. Son məlumata görə, hadisə zamanı azı 12 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.


Müəllif: Teleqraf.com