5 Avqust 2020 01:16
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutkada dünyada koronavirusa 219 min insan yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, bununla da dünyada koronavirusa yoluxanların ümumi sayı 18 milyonu ötüb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada ümumilikdə 691 min insan koronavirusdan ölüb.

ÜST-ün məlumatına görə, dünyada COVID-19-a ümumilikdə 18 142 718 insan yoluxub, 691 013 nəfər təhlükəli infeksiyadan ölüb.

Son sutkada dünyada daha koronavirusa 219 862 yoluxma qeydə alınıb, COVID-19-dan 4 278 ölüm aşkarlanıb.


Müəllif: Teleqraf.com