“Son illər ərzində Rusiya, Çin, İran və Şimali Koreyanın yeni növ raket sistemləri təhdidlərin miqyasını genişləndirib”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Raket Hücumundan Müdafiə Agentliyinin rəhbəri Con Heyl deyib.
Heyl adıçəkilən dövlətlərin yalnız ölkəsini deyil, rəsmi Vaşinqtonun müttəfiqləri və dostları, eləcə də xarici ölkələrdəki amerikalı hərbçiləri də təhdid edir.
O qeyd edib ki, bu dörd ölkə ötən illər ərzində sürətli və yüksək manevr qabiliyyətinə malik qanadlı raketlər, habelə səsdən daha sürətli digər hərbi sistemlər hazırlayıb.
Con Heyl raketdən müdafiə sistemlərinə dəyişikliklər etməklə yanaşı, ABŞ-ın yeni hücum və müdafiə təyinatlı silahlar hazırlayaraq, mövcud təhdidlərlə mübarizə aparacağını açıqlayıb.