Türkiyə prezidenti Abdullah Gül son günlər ölkənin bir sıra bölgələrində Kobanidəki hadisələrlə bağlı keçirilən aksiyalara münasibət bildirib.
Teleqraf.com cumhuriyet.com-a istinadən xəbər verir ki, Gül verdiyi açıqlamada bu hadisələrə çox üzüldüyünü bildirib. Onun sözlərinə görə, hər kəs bir-birinin dəyərini bilməli və hörmət etməyi bacarmalıdır:
“Regionda bu qədər böyük hadisələr olur. Türkiyə buna baxmayaraq, mütləq möhkəm dayanmalıdır. Bu günlərdə vətəndaşlarımızın həm hökumətə, həm də təhlükəsizlik qüvvələrinə yardım etmələri çox vacibdir.
Samir