İranın paytaxtı Tehran şəhərində Livandan olan ata və qızı güllələnərək öldürülüb.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.
Belə ki, yolla hərəkət edən ata və qızına yaxınlıqdan keçən motosikletdən odlu silahdan atəş açılıb. Qurbanların cəsədləri bir avtomobildə aşkar edilib.
Cinayətin təfərrüatı məlum deyil, faktla bağlı araşdırmalara başlanılıb.