Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəni tərk etmədiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, o, ölkəni tərk etməsi barədə ortaya atılan iddiaları təkzib edib.
“Mən hələ sağam, ölkəmdəyəm, xaricə deyiləm”, - Lukaşenko bildirib.
O, inşaat sənayesindəki vəziyyətlə əlaqədar iclas keçirdiyini deyib.
İclasda çıxış edən Lukaşenko kütləvi etiraz aksiyalarının istehsala mənfi təsir göstərə biləcəyini diqqətə çatdırıb və bunun xarici rəqiblər üçün faydalı olacağını vurğulayıb.