ABŞ Prezidenti Donald Tramp “TikTok” tətbiqinin sahibi Çinin texnoloji şirkəti olan “ByteDance”nin ABŞ-dakı əməliyyatlarını 90 gün ərzində ləğv etməsi üçün fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, Ağ Evdən yayımlanan fərmanda “ByteDance”nin ABŞ-ın milli təhlükəsizliyini təhdid edəcəyinə dair etibarlı sübutların olduğu bildirilib.
Fərmanla texnoloji şirkət “ByteDance”nin ABŞ-dakı bütün əmlakı 90 gün ərzində ləğv ediləcək.
Fərmana əsasən, “ByteDance” bu müddət ərzində istifadəçilərdən əldə etdiyi məlumatları məhv edərək Xarici İnvestisiya Komitəsinə məlumat verməsi gözlənilir.
Qeyd edək ki, avqustun 7-də Donald Tramp ABŞ şirkətlərinin və ya təşkilatlarının Çin şirkətlərinin sosial media tətbiqləri olan “TikTok” və “WeChat”la hər hansı bir iş görməsini qadağan edən 2 qərar imzalamışdı.
Tramp “TikTok” sosial media platformasının ABŞ-dakı qolunun heç bir amerikan şirkətinə satılmadığı təqdirdə, 15 sentyabrda qadağan edəcəkləyini də açıqlamışdı.