18 Avqust 2020 17:28
1 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya həbsxanada olan əri Sergeyi ad günü münasibətilə təbrik etdiyi yeni müraciəti yayıb.

Teleqraf.com xəbər verir ki, o, həbsdə olan həyat yoldaşının Belarusda hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarını dəstəklədiyini bildirib.

“Həyat yoldaşım Sergey Tixanovski məndən onun sözlərini sizə çatdırmağımı xahiş edir. O, sizdən oturmağı deyil, ölkədə yaşamaq üçün hər şeyi etməyi xahiş edir”, - Tixanovskaya bildirib.

Siyasətçi, həyat yoldaşının xüsusi xidmət orqanlarının təxribatına görə törətmədiyi bir cinayətdə günahlandırıldığını vurğulayıb.

Əlavə edək ki, bloqqer Sergey Tixanovski bu ilin yazında Belarus prezidentliyinə namizədliyini irəli sürməyə çalışsa da, qeydiyyata alınmayıb. O, seçkilərin keçirilməsinə mane olmaq ittihamı ilə tutulub. İndi o, istintaq təcridxanasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər