Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov Suriyada dialoqun başlanması ilə bağlı təkliflərə ABŞ-ın müsbət cavab vermədiyini açıqlayıb.
Teleqraf.com-un "İTAR TASS"-a istinadən məlumatına görə, Qatilov bu işdə ümidlərin yalnız BMT-yə qaldığını söyləyib: “Biz Suriyada dialoqun başlanılması üçün bir neçə dəfə müraciət etdik. Lakin amerikalı həmkarlarımızdan tutarlı cavab ala bilmədik. Ümid yalnız BMT-nin xüsusi nümayəndələrinə qalıb”.
Yaxın gələcəkdə Rusiya-ABŞ-BMT üçlüyünün Suriya mövzusunda hər hansı bir görüş planı olmadığını deyən rus diplomat Suriyada bütün tərəflərin və bölgədə açar ölkələrin daxil olduğu dialoqun başlanılmasını tələb edib.
Xatırladaq ki, Rusiya Suriyada terrorçulara qarşı əməliyyatların Bəşər Əsədin razılığı ilə aparılmasını tələb edir. Rəsmi Moskva Türkiyə də daxil olmaqla koalisiya ölkələrini terrorla mübarizə adı altında Əsəd rejimini devirməkdə günahlandırır.