12 Oktyabr 2014 12:37
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın cənub hissəsindən ciddi dğıntılara səbəb olan güclü tayfun keçib. Bəzi yerlərdə torpaq sürüşməsi baş verib. Bölgə hava limanlarında bütün aviareyslər təxirə salınıb.

Teleqraf.com-un məlumatına görə, "Vonqfonq" tayfunu nəticəsində 30-dan çox adamın xəsarət alıb.

Tayfun xüsusilə Okinava adasında fəsadlara səbəb olub. Okinava prefekturasında azı 150 min sakinin evakuasiyasına göstəriş verilib. Burada küləyin sürəti saatda 200 kilometrdən çox olub və tayfun leysan yağışla müşayiət olunub. 50 minə yaxın ailə işıqsız qalıb.

Sinoptiklərin proqnozlarına görə, sabah "Vonqfonq" tayfunu Yaponiyanın mərkəzi və şimal hissələrinə də çatacaq. Bu, son 1 həftə ərzində Yaponiyada baş verən ikinci tayfundur.


Müəllif:

Oxşar xəbərlər